Gündəm / Siyasət / Sosial
Medianın İnkişafı Agentliyində Rəşad Məcid ilə görüş keçirildi -
Sentyabrın 30-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib. Görüşdə media sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Globalpress.az ın xəbərinə görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov medianın inkişafı istiqamətində atılan ardıcıl addımlardan, dövlətin bu sektora sistemli dəstəyindən, jurnalistlərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin mənimsənilməsi sahəsində görülən işlərdən danışaraq Mətbuat Şurası ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, medianın inkişafı ilə bağlı görülən işlər Azərbaycan mətbuatının, ölkəmizdə jurnalist peşəsinin gələcəyinə olan ümidləri əhəmiyyətli dərəcədə artırır. Bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Rəşad Məcid birgə əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.
Görüşdə gələcək perspektivlər və səmərəli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Daha çox xəbər:

Medianın İnkişafı Agentliyində “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi

Rəşad Məcid Mətbuat Şurasına sədr seçildi

MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirildi