Gündəm / Siyasət / Cəmiyyət
Medianın İnkişafı Agentliyində Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirildi
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və 13 saylı Mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev ilə görüşüb.
Globalpress.az xəbər verir ki, görüş zamanı Nadir Adilov Mediasiya Şurasının həyata keçirdiyi fəaliyyət haqqında məlumat verib. O, media sahəsində mediatorların hazırlanmasında maraqlı olduqlarını, bununla əlaqədar olaraq media mütəxəssisləri üçün mediasiya kurslarının təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Əhməd İsmayılov tərəfindən Mediasiya Şurası ilə birgə əməkdaşlıq perspektivlərinin “Media haqqında” Azərbaycan Respublikası Qanunu və media sahəsində qanunvericilik aspektindən təhlil edilməsi, imkanların araşdırılması, təhlillərin nəticələrinə əsasən qurumlararası birgə layihələrin həyata keçirilməsi təklif olunub. İcraçı direktor MEDİA Agentliyinin media sahəsində peşəkarlığın artırılması, o cümlədən mübahisələrin həll edilməsi üçün Şura ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:

TƏBİB-lə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirildi

Əhməd İsmayılov Avropa Şurasının məruzəçilər qrupu ilə görüşdü

ADA Universiteti və Medianın İnkişafı Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib