Gündəm / Siyasət / Cəmiyyət
MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirildi
Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Qazaxıstanın İnformasiya Komitəsinin sədri Kanat İskakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentlikdən verilən məlumata görə, Əhməd İsmayılov ölkələrimiz arasında media sahəsində effektiv əməkdaşlığın qurulduğunu, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərimizə söykənən bu əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri olduğunu bildirib.
Kanat İskakov rəhbərlik etdiyi qurum, habelə ölkəsində media qanunvericiliyinin yenilənməsi istiqamətində görülən işlər barəsində məlumat verib və bu baxımdan “Media haqqında” Azərbaycan Respublikası Qanununun nümunə olaraq öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkənin media subyektlərinin qarşılıqlı əlaqələrinin qurulması və inkişafı istiqamətində maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:

Əhməd İsmayılov Avropa Şurasının məruzəçilər qrupu ilə görüşdü

TƏBİB-lə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib

“Metrix.az” layihəsinin təqdimat mərasimi keçirildi

ADA Universiteti və Medianın İnkişafı Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb