Gündəm / Siyasət / Cəmiyyət
Medianın İnkişafı Agentliyində “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti ilə görüş keçirildi
Sentyabrın 2-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob ilə görüşüb.
Globalpress.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov qonağa Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
“Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob isə əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.
Görüşdə səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:

Medianın İnkişafı Agentliyində Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirildi

MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi -

TƏBİB-lə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olundu