Gündəm / Siyasət / Dünya
Ukrayna ilə sərhəddə bufer zona yaradılıb

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna sərhədində təhlükəsizlik "bufer zona"sının yaradılması ilə bağlı qərarın qəbul olunduğunu açıqlayıb.
Globalpress.az xəbər verir ki, bu barədə o, hökumət üzvləri ilə keçirdiyi operativ müşavirə zamanı danışıb.
"Sərhədlər boyu zəruri təhlükəsizlik "bufer zona"sının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu problemi həll edir", - deyə Putin bildirib.
O, Kursk, Belqorod və Bryansk vilayətlərindəki gərgin vəziyyəti nəzərə alaraq, dağıntıların bərpası və əhalinin doğma yaşayış məntəqələrinə qayıtması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb