Gündəm / Siyasət / Cəmiyyət
Milli Məclisin növbəti iclası mayın 30- da keçiriləcək

Milli Məclisin növbəti plenar iclası mayın 30-da keçiriləcək.
Globalpress.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında məlumat verib.
Bu, parlamentin yaz sessiyası üzrə sonuncu iclası olacaq. Belə ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Məlumata görə, yaz sessiyasının başa çatmasından sonra Milli Məclisin növbədənkənar sessiyası da çağırılacaq. Bunun üçün artıq deputatlardan imza toplanılmasına başlanılıb