Gündəm / Siyasət / Cəmiyyət
18:35, 22 May 2025
0

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək


Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, təlimlər mayın 26-da Konyada başlayacaq və dörd gün davam edəcək.

Hazırlıqlar Konya şəhərində baş tutacaq.

Xatırladaq ki, mayın 14-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb. Mayın 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.
Digər xəbərlər: