Gündəm / Sosial / Dünya
18:35, 23 May 2025
0

Tərəflər arasında əsir mübadiləsi olacaq

Tərəflər arasında əsir mübadiləsi olacaq


Ukrayna Prezidenti Volodimir Zelenski "1000-in 1000-ə" formatında Rusiya ilə əsir mübadiləsinin birinci hissəsinin aparıldığını təsdiqləyib.
Globalpress.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında bildirib.

“Bu razılaşma Türkiyədəki görüşdə əldə edilib və bunu tam həyata keçirmək vacibdir”, - Zelenski deyib.

Zelenski bütün vasitəçilərə təşəkkür edib. Onun sözlərinə görə, əsir mübadiləsinin növbəti mərhələləri mayın 24 və 25-də keçiriləcək.
Digər xəbərlər: