Gündəm / Siyasət / Cəmiyyət
17:30, 23 May 2025
0

Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək


Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Globalpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.

“Tiranada çox uğurlu Zirvə toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. EPC Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib”, - Koşta qeyd edib.

O, Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçiriləcəyini vurğulayıb

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.
Digər xəbərlər: