Gündəm / Cəmiyyət
Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi
İyulun 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev, Orxan Qazı Zadə, Elçin Mirzəzadə ilə görüşüb.
Globalpress.az-ın xəbərinə görə, görüşdə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov qaliblərə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, media islahatları çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Media sahəsində qaliblərin fikirlərini dinləyən Əhməd İsmayılov onların mediaya dair məsələlərlə bağlı suallarını cavablandırıb, yeni təkliflər haqqında fikir mübadiləsi aparıb.
Daha çox xəbər:

Medianın İnkişafı Agentliyində Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirildi

MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirildi

Əhməd İsmayılov Avropa Şurasının məruzəçilər qrupu ilə görüşdü

TƏBİB-lə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib