Gündəm / Siyasət / Cəmiyyət
Ceyhun Bayramov: Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır
"Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.
Globalpress.az xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O, delimitasiya ilə bağlı danışıqların Ermənistanla müzakirələrdə mühüm istiqamət olduğunu deyib: “30 ildir, bu ölkələr arasında sərhədlər müəyyənləşməyib, çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib”.
Nazir bütün hüquqi sənədlərin mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesinin davam etməli olduğunu deyib.
O, Ermənistana delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməyə çağırış olunduğunu deyib. Nazir bu ilin sentyabrında sərhəddə baş verən təxribatları xatırladıb.
Daha çox xəbər:

Azərbaycan sülh müqaviləsinin elementlərini Ermənistana təqdim etdi

Ceyhun Bayramov Ermənistanın XİN başçısı ilə müzakirə etdiyi məsələləri açıqladı

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşdü

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Laçın yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb

Qazaxıstan XİN başçısı: "Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmə