Gündəm / Cəmiyyət / Sosial
18:25, 12 May 2025
0

Prezident İlham Əliyev Türk xalqını təbrik etdi

Prezident İlham Əliyev  Türk  xalqını təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib.
Globalpress.az xəbər verir ki, Prezident İlham Əliyev"X" sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirib: "Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.

Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram".
Digər xəbərlər: