Gündəm / Siyasət / Dünya
17:50, 12 May 2025
0

Almaniya Rusiya- Ukrayna görüşündə iştirak etmək istəyir

Almaniya  Rusiya- Ukrayna  görüşündə iştirak etmək istəyir



Almaniya hökuməti Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı mayın 15-də İstanbulda (Türkiyə) keçiriləcək mümkün danışıqlarda iştirak etməyə hazırdır.
Globalpress.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius məlumat verib.

“Almaniya hökumətinin (İstanbul danışıqlarında) iştirak etmək istəyi var, hazırda bunun üzərində işləyir”, - Almaniya rəsmisi bildirib.

Kornelius əlavə edib ki, atəşkəs əldə olunmasa, İstanbulda mümkün danışıqlarda iştirakla bağlı qərar Kiyev tərəfindən verilməlidir:

“Rusiyadan Ukrayna ilə danışıqlar aparmaq üçün aydın təklif var. Ukrayna bu formada danışıqlar aparmaq üçün bu təklifi qəbul edib-etməyəcəyinə qərar verməlidir”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də mətbuat konfransında Türkiyədə Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduqlarını açıqlayıb. Putinə cavab verən Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda onu şəxsən gözləyəcəyini bildirib.
Digər xəbərlər: