Gündəm / Siyasət / Dünya
15:30, 12 May 2025
0

Hakan Fidan açıqlama verib

Hakan Fidan açıqlama verib


Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün əlindən gələni edir.
Globalpress.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə bütün qurumları ilə üzərinə düşəni edir. Başlanğıcda durduğumuz yerdə dayanırıq. İstənilən töhfəni verməyə hazırıq. Cənab Putin bu istiqamətdə təklif verdi, Tramp bunu təşviq etdi, Zelenski başqa təkliflə çıxış etdi. Bunlar müsbət inkişaflardır.

Bütün məsələləri sülh yolu ilə həll etmək üçün çox çalışırıq. Düşünürəm ki, yaxın günlərdə tərəflər bir araya gələrək kompromis əldə edəcəklər. Hər iki tərəfin izlədiyi ictimai rəy var. Amma bütün bunlar normaldır. Bizim mövqeyimiz qətidir. Sizi atəşkəs elan etməyə dəvət edirik”, - nazir vurğulayıb.

Xatırladaq ki, mayın 11-də ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanı mayın 15-də Türkiyədə birbaşa danışıqlar aparmağa çağırıb. Həmin gün Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 2022-ci ildə dayandırdığı birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski buna müsbət cavab verib.

Danışıqların mayın 15-də İstanbulda başlaması təklif edilib.
Digər xəbərlər: