Gündəm / Siyasət / Cəmiyyət
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Laçın yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi telefon danışığı zamanı Laçin yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov sülh müqaviləsi üzrə aparılan danışıqların cari vəziyyəti, kommunikasiyaların açılması və delimitasiya məsələləri üzrə səylər barədə məlumat verib. Bununla yanaşı, Laçın yolundan istifadə etməklə həyata keçirilən son qanunsuz fəaliyyətlər qeyd olunub.
Karen Donfrid ABŞ-ın bölgədə sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.
Daha çox xəbər:

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışdl

Ceyhun Bayramov Lavrovla delimitasiyadan danışdı

Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə etdi

Ceyhun Bayramov: "Ermənistan liderlər səviyyəsində götürdüyü öhdəlikləri yerinə yetirmir"

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşdü