Gündəm / İqtisadiyyat / Dünya
AB ölkələri Rusiyaya sanksiya tətbiq edəcək

AB ölkələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Globalpress.az xəbər verir ki, bu barədə AB-nin Daimi Nümayəndələr Komitəsinin iclasında qeyd olunub.
“Nümayəndələr Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyi üçün Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər”, - iclasda bildirilib.
Qeyd edək ki, Avropa Komissiyası ötən həftə AB ölkələrinə 17-ci sanksiyalar paketini təqdim edib. Qurum 60 fiziki və hüquqi şəxsin və Rusiya neftini daşıyan 150 tankerin qara siyahıya salınmasını təklif edir.