Gündəm / İqtisadiyyat / Dünya
ABŞ İrana sanksiya tətbiq edib

ABŞ İrana yeni sanksiyalar tətbiq edib.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.
Bildirilib ki, iki iranlı şəxs - Məhəmməd Rza Seddiqi Sabir və Əhməd Həqiqəttalbı sanksiyalar siyahısına əlavə edilib.
Eyni zamanda, “Pouya Pars Forward-Looking Technologies” şirkəti də sanksiyalar siyahısına daxil edilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şirkət Tehranın Şəmsabad Sənaye Zonasında yerləşir və həssas texnologiyalar sahəsində fəaliyyət göstərir.