Gündəm / İqtisadiyyat / Dünya
16:30, 12 May 2025
0

Aİ Ukraynaya pul ayıracaq

Aİ Ukraynaya  pul ayıracaq


Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukrayna üçün silah-sursat və mərmilərin alınmasına 900 milyon avro ayıracaq.
Globalpress xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasəti xidmətinin baş katibinin müavini Şarl Fris Avropa İttifaqı Ukrayna hərbi əməkdaşlığı üzrə beynəlxalq konfransda etdiyi çıxışda bildirib.

O qeyd edib ki, Avropa Komissiyası artıq Ukraynanın müdafiə-sənaye kompleksi (MSK) sahəsində Avropa investisiyalarına dair ilk müqavilələri imzalayıb və ümumilikdə bu sahəyə bir milyard avro investisiya qoyulması planlaşdırılır.

Frisin sözlərinə görə, indiyədək Avropa İttifaqı Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına dəstək üçün 3,3 milyard avro ayırıb.
Digər xəbərlər: