Gündəm / İqtisadiyyat / Dünya
Rusiya aktivlərindən əldə olunan gəlir Ukraynanın hesabına köçürüləcək

Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərinin yerləşdirilməsindən əldə edilən gəlir iyul ayından başlayaraq Kiyevin hesabına köçürüləcək.
Globalpress.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu barədə daha əvvəl açıqlanmış məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, birinci tranşın həcmi 1,5 milyard avro təşkil edəcək və bu məbləğin 90 faizi Ukrayna üçün silahların alınmasına sərf olunacaq.