Gündəm / Siyasət / Dünya
07:54, 09 Mart 2023
0

Türkiyə Prezidenti görüş təşkil edir?

Türkiyə  Prezidenti görüş təşkil edir?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir.

Globalpress.az Türk mətbuatına istinadən xəbər verir ki, bunu professor Çağrı Erhan müsahibəsində bildirib.

Çağrı Erhan vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil edib-etməyəcəyini mühakimə etmək indiki məqamda olduqca çətindir:

“Bunu etmək çətindir, çünki Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan və Rusiya Federasiyası ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır”.

Onun sözlərinə görə, Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır.
Digər xəbərlər: