Gündəm / Siyasət
19:58, 28 Şubat 2022
0

"ƏLİYEVLƏ ƏRDOĞAN MƏNƏ TƏKLİF EDİR Kİ..." - Zelenski Putinlə bu şəhərlərdən birində görüşə bilər, Moskva isə...

"ƏLİYEVLƏ ƏRDOĞAN MƏNƏ TƏKLİF EDİR Kİ..." - Zelenski Putinlə bu şəhərlərdən birində görüşə bilər, Moskva isə...


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona Rusiya lideri Vladimir Putinlə münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif ediblər.

Globalpress.az xəbər verir ki, bunu V.Zelenski videomüraciətində deyib.

O bildirib ki, rəsmi Kiyev Moskvaya görüş yeri üçün 3 şəhəri təklif edib: "Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.

Ukrayna prezidenti deyib ki, hazırda Ukraynada soyqırım həyata keçirilir: "Biz qətiyyətlə savaşacağıq, vətənimizi qoruyacağıq"

Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.

Ukrayna lideri belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb: "Biz Belarusda danışıqlara başlamaq təklifindən xəbərdarıq. Əgər Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı. Ona görəi, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil".

Putinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gedib: "Əldə edilmiş razılığa əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. Biz bu danışıqları Qomeldə başlamağa hazırlaşacağıq”.
Digər xəbərlər: