Gündəm / Cəmiyyət
FHN-in Aviasiya dəstəsinin əməkdaşları Heydər Əliyev Mərkəzində olublar

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən şəxsi heyət üçün “Heydər Əliyev İli” çərçivəsində Bakı şəhərinin Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Aviasiya dəstəsinin əməkdaşları Mərkəzin foyesində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotoşəkil və eksponatlarla tanış olub, “dəyirmi masa” ətrafında fikir mübadiləsi aparıblar.
Çıxış edənlər Ulu Öndərin zəngin dövlətçilik təcrübəsindən, qətiyyətli əzmi sayəsində Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə, ordu quruculuğuna, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılmasına, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə həsr edilmiş şərəfli ömür yolundan ətraflı bəhs ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin yüksələn xətlə inkişaf etdiyi, güclü dövlətə çevrildiyi iftixar hissilə dilə gətirilib.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.



Daha çox xəbər:

FHN-in Cənub Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

FHN-in “İzotop” xüsusi kombinatında “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib

"Heydər Əliyev İli" çərçivəsində keçirilən silsilə tədbirlər davam edir - VİDEO

Daxili işlər nazirliyində Ulu öndərin əziz xatirəsi yad edildi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər