Gündəm / Cəmiyyət
FHN-in Cənub Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu Öndər və xalqın dəstəyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını qoymuş ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib. Bildirilib ki, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlərdə həyatın bütün sahələrində böyük canlanma və inkişaf baş verib, Azərbaycan regionun ən güclü dövlətinə çevrilib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini, ümumbəşəri, demokratik və dünyəvi dəyərlərə əsaslanaraq, insan hüquq və azadlıqlarının təminatı sahəsində çox sayda uğurlara imza atdığını konkret faktlarla əsaslandırıblar.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
Daha çox xəbər:

FHN-in “İzotop” xüsusi kombinatında “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib

FHN-in Aviasiya dəstəsinin əməkdaşları Heydər Əliyev Mərkəzində olublar

Prezident Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər