Gündəm / Siyasət / Dünya
Liderlər Türk seçicilərini təbrik ediblər

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel seçkilərdə yüksək fəallıq nümayiş etdirən Türkiyə vətəndaşlarını təbrik ediblər.
Globalpress.az xəbər verir ki, Aİ liderləri mayın 14-də keçirilən seçkilərin demokratiyanın qələbəsi olduğunu vurğulayıblar.
Ursula von der Leyen qeyd edib ki, bu, Türkiyə xalqının seçkiyə getmək, səs vermək kimi demokratik hüququndan istifadə etməkdə qətiyyətli olmasının və demokratik təsisatlara dəyər verməsinin açıq göstəricisidir.