Gündəm / Siyasət / Dünya
17:01, 15 May 2023
0

Avropa İttifaqından seçki mesajı

Avropa İttifaqından seçki  mesajı


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun nə gətirəcəyini gözlədiklərini bildirib.

Globalpress.az xəbər verir ki, Von der Leyen, Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkilərini dəyərləndirməsi ilə bağlı sualı cavablandırıb.

Türkiyənin onlar üçün mühüm tərəfdaş olduğunu bildirən fon der Leyen bu ifadələri işlədib:

"Bu seçkilərdə böyük fəallıq həqiqətən də yaxşı xəbərdir, çünki bu, Türkiyə xalqının gedib səs vermək üçün öz demokratik hüquqlarından istifadə etməyə sadiq olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci dövrəni görməliyik".

Aİ Şurasının sədri Mişel isə seçkilərdə yüksək fəallığa görə Türkiyə vətəndaşlarını təqdir etdiyini bildirib.


Demokratik ölkələrdə seçki prosesinin əhəmiyyətinə işarə edən Mişel bu prosesin nəticəsini izləyəcəklərini bildirib.
Digər xəbərlər: