Gündəm / Siyasət / Dünya
08:54, 16 Şubat 2023
0

Almaniya Ermənistan sərhədinə 15 polis göndərir

Almaniya  Ermənistan  sərhədinə  15 polis  göndərir


Ermənistanın Azərbaycanla sərhədinə göndəriləcək Avropa İttifaqı (Aİ) missiyasında Almaniyadan 15 polis əməkdaşı iştirak edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bildirib.

Silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfdən sərhəddə patrul edəcək.

"Federal Nazirlər Kabineti Almaniyanın Aİ-nin Ermənistandakı yeni missiyasında (EUMA) Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - deyə o qeyd edib.
Digər xəbərlər: