Gündəm / Siyasət / Dünya
İsrail Ukraynaya "Patriot " verib

İsrailin Ukraynadakı səfiri Mixail Brodski iddia edir ki, Ukrayna münaqişəsi zamanı Qüds ABŞ-dən alınan və 1990-cı illərdə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə verib.
Globalpress.az xəbər verir ki, səfir "Patriotlar”ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb.
"Bir vaxtlar ABŞ-dən aldığımız "Patriot" sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraildə istifadə olunan sistemləridir. Biz onları Ukraynaya köçürməyə razılaşdıq", - səfir qeyd edib.