Gündəm / Siyasət / Dünya
19:11, 18 Ocak 2023
0

Lavrov: " Bakının icazəsi olmadan Azərbaycanla sərhədə heç bir missiya yerləşdirmək olmaz" -

Lavrov: " Bakının icazəsi olmadan Azərbaycanla sərhədə heç bir missiya yerləşdirmək olmaz" -


“Aİ-nin (Avropa İttifaqı) Azərbaycan-Ermənistan sərhədində missiyası Bakının razılığı olmadan əks effekt verə bilər”.

Globalpress.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərmək niyyəti hələ də qüvvədə qalır.


“Biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq.

Lakin Aİ-nin Azərbaycan və Ermənistan sərhədində missiyası Bakının razılığı olmadan əks effekt verə bilər. Unutmaq olmaz ki, ora Azərbaycan sərhədidir və missiyanın icazəsiz yerləşdirilməsi əlavə gərginlik yarada bilər”, – Lavrov deyib.
Digər xəbərlər: