Gündəm / Siyasət / Dünya
Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyaları

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketini iyunun 20-də səsverməyə çıxara bilər.
Globalpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri yüksək vəzifəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu səsvermə yalnız ABŞ-nin Avropa ilə bu məsələdə koordinasiyalı yanaşmaya razılıq verməsi halında baş tuta bilər: “Əgər ABŞ razılıq verərsə, yeni sanksiyalar paketi üzrə səsvermə 20 iyunda keçirilə bilər”.
Avropa İttifaqı ümid edir ki, bu məsələ ilə bağlı yekun razılıq 15–17 iyun tarixlərində Kanadada keçiriləcək “Böyük Yeddilik” (G7) sammiti zamanı əldə olunacaq. İttifaq həmin tədbirdə Vaşinqtondan uyğun “siqnal” gözləyir.
Xatırladaq ki, Aİ daha əvvəl də Rusiyaya qarşı Ukrayna ilə bağlı müxtəlif sanksiyalar tətbiq edib və yeni paketdə iqtisadi, texnoloji və maliyyə məhdudiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.