Gündəm / Siyasət / Dünya
15:20, 09 Haziran 2025
0

Bu saziş sülhə kömək edəcək

Bu saziş  sülhə kömək edəcək


ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı sazişin bağlanması Yaxın Şərq regionunda sülh prosesinə dərhal müsbət təsir göstərəcək.
Globalpress.az xəbər verir ki, bu fikri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi AEBA-nın Rəhbərlər Şurasının üzvləri qarşısında çıxışı zamanı deyib.

"Əminəm ki, irəliyə doğru yeganə yol AEBA-nın yoxlama mexanizmi tərəfindən dəstəklənən diplomatik həll yoludur. Mən ABŞ və İranı bu məsələni uğurlu nəticəyə çatdırmaq üçün səylərini əsirgəməməyə, müdriklik və siyasi cəsarət göstərməyə davam etməyə çağıracağam. İranın nüvə proqramı ilə bağlı vəziyyətin sabitləşməsi dərhal effekt verəcək və Yaxın Şərqdə sülhə və inkişafa doğru böyük bir addım olacaq", - o bildirib.


Mənbə TASS
Digər xəbərlər: