Gündəm / Siyasət / Dünya
KİV: Aİ missiyası Azərbaycan-Ermənistan sərhədini tam əhatə edəcək
Ermənistanda yerləşdiriləcək Aİ-nin mülki missiyasını təxminən 100 nəfərdən ibarət olacaq.
Globalpress.az xəbər verir ki, bu barədə Aİ-nin mülki missiyasına Ermənistan İctimai Televiziyasının göndərdiyi yazılı sorğuya cavabında bildirilib.
Missiyanın yaxın həftələrdə fəaliyyətə başlayacağı vurğulanıb.
Aİ-nin mülki missiyasının Ermənistanın bir neçə şəhərində yerləşdiriləcəyi, Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan dövlət sərhədini tam əhatə edəcəyi əlavə edilib.
Qeyd edək ki, Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul edib.
Daha çox xəbər:

Avropa İttifaqı Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərir - Rəsmi Moskvadan etiraz gəldi

Aİ Ermənistan-Azərbaycan sərhədində 2 illik patrul xidmətinə QƏRAR VERDİ

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Aİ-nin texniki qrupu bu gün Ermənistana gedəcək

Lavrov: " Bakının icazəsi olmadan Azərbaycanla sərhədə heç bir missiya yerləşdirmək olmaz" -