Gündəm / Siyasət / Dünya
Azərbaycanla sərhəddə 200 avropalı müşahidəçi göndəriləcək - Yeni qərar
Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir. Bu dəfə müşahidəçilərin fəaliyyəti iki ay deyil, ən azı iki il davam edəcək.
Globalpress.az xəbər verir ki,bu barədə "Azadlıq” radiosu öz mənbələrinə istinadən bildirib.
Qeyd olunur ki, ötən həftə bu layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib. Dünən isə layihənin müşahidə missiyaları ilə məşğul olan əsas struktur - Anti-Böhran İdarəetməsi üzrə Mülki Məsələlər Komitəsi tərəfindən təsdiq edildiyi bildirilir.
Üstəlik, ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisində müşahidə missiyası həyata keçirəcək.
Əvvəlki missiyada olduğu kimi və bu dəfə də müşahidəçilər silahsız olacaqlar.
Nə qədər müşahidəçinin gələcəyi hələlik rəsmi olaraq açıqlanmayıb. Bununla belə, KİV-in məlumatına görə, yeni missiyaya iki yüzə yaxın avropalı mütəxəssis daxil olacaq. /
Daha çox xəbər:

Avropa İttifaqı texniki missiyası Ermənistandadır

Avropa İttifaqı Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərir - Rəsmi Moskvadan etiraz gəldi

Aİ-nin texniki qrupu bu gün Ermənistana gedəcək

Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan şərti sərhədi boyu ilk patrul xidmətinə gediblər

Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmunu açıqlanıb