Gündəm / Siyasət / Cəmiyyət
18:22, 11 Ekim 2022
0

Avropa İttifaqı Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərir - Rəsmi Moskvadan etiraz gəldi

Avropa İttifaqı Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərir - Rəsmi Moskvadan etiraz gəldi


Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi (Aİ üzv ölkələrinin səfirləri) Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verib.

Məlumatı “Azadlıq” radiosunun erməni dilli xidməti yayıb.

Bildirilib ki, bu gün komitənin qapalı iclasında məsələ müzakirəyə çıxarılıb və müsbət qərar qəbul olunub.

Bildirilib ki, missiyanın Ermənistana gedəcəyi birmənalıdır. Hazırda Müşahidə Missiyasının sayı, onların yola düşəcəyi tarix müzakirə olunur.

***

"Avropa İttifaqının mülki missiyasının Azərbaycan-Ermənistan sərhədiboyu yerləşməsi iki ölkə arasında münasibətlərin nizamlanması, bizim vasitəçilik səylərimizə təzyiq cəhdidir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oktyabrın 11-də keçirdiyi brifinqdə Avropa İttifaqı (Aİ) missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsini şərh edərkən bildirib.

O qeyd edib ki, missiyanın yerləşdirilməsi suveren dövlətin qərarıdır.

Avropa İttifaqının real imkanlarından danışan Zaxarova qeyd edib ki, 8 il ərzində Berlin və Paris “Ukrayna ətrafındakı vəziyyətin qaynar mərhələyə keçməsinin qarşısını ala bilməyib”.

Mətbuat katibi qeyd edib ki, Rusiya regionda davamlı sülh və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarını Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsində görür: “Biz bu məsələ ilə bağlı Ermənistan və Azərbaycandan olan həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq”
Digər xəbərlər: