Gündəm / Siyasət / Dünya
Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddi
“Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə
qəsddir "
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyib.
Türkiyə lideri qeyd edib ki, bu sənəd Azərbaycanın suverenliyinə qəsddir.
Ərdoğan bəyan edib ki, Azərbaycan heç kimin torpaqlarına iddia etmir, BMT-nin və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş öz ərazilərini azad edib.
“Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və rəzalətdir”, - Türkiyə prezidenti vurğulayıb.
O, həmçinin beynəlxalq ictimaiyyəti bu qətnaməni qəbul edən fransız parlamentarilərinin hərəkətlərinə cavab verməyə çağırıb.
Daha çox xəbər:

Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər

Fransa Senatı Azərbaycana qarşı bədnam qətnamə qəbul edib

Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA

Bu gün Ərdoğan Azərbaycana gəlir

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır