Gündəm / Siyasət / Dünya
16:00, 21 May 2025
0

Nazirlər Cənubi Qafqazı müzakirə edəcəklər

Nazirlər  Cənubi Qafqazı müzakirə edəcəklər


Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 25-27-də Moskvaya səfər edəcək türkiyəli həmkarı Hakan Fidan ilə görüşəcək.
Glo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Zaxarovanın sözlərinə görə, görüşdə əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsinin həlli və onun əsas səbəbləri olacaq.

Görüş zamanı həmçinin Suriya, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionundakı vəziyyət, ikitərəfli əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı da müzakirə olunacaq.

Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. Danışıqların nəticəsində tərəflər “1000-ə qarşı 1000” prinsipi ilə hərbi əsirlərin mübadiləsi və atəşkəsin mümkün şərtləri ilə bağlı ilkin razılıq əldə ediblər.
Digər xəbərlər: