Gündəm / Cəmiyyət
22:32, 08 Kasım 2022
0

Ömürdən pay verərlər, Vətəndən pay olmayır!

Ömürdən pay verərlər, Vətəndən pay olmayır!



Şəhidlər qürur mənbəyimiz, and yerimizdir. Sizlərin hesabına əyilmiş başımızı ən nəhayət dik tuturuq, bu torpağın üstündə rahat gəzirik. Allah sizləri rəhmət eləsin, qazilərimizə allahdan şəfa diləyirik, şanlı əsgərlərimizə can sağlığı arzulayırıq. Siz Ali Baş Komandanın bir çağırışıyla Vətən torpağı uğrunda şəhidlik zirvəsinə yüksəldiniz. Bizim hər birimiz Ali Baş Komandanın bir çağırışı əsasında sizin ardıcıllarınız olacağıq. Buna əmin ola bilərsiniz.
Dəstəyə görə Güllütəpə kənd orta məktəbinin müəllimi Vaqif müəllimə təşəkkür edirik.


GÜLLÜTƏPƏNİN İLK ŞƏHİDİ AĞAVERDİYEV CƏMİL NURULLA OĞLU
(28 AVQUST 1974-24 APREL 1994)
Ömürdən pay verərlər, Vətəndən pay olmayır!


Ağaverdiyev Cəmil Nurulla oğlu 1974-cü il avqustun 28-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 1981-ci ildə Güllütəpə kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunub, 1991-ci ildə Güllütəpə kənd tam orta məktəbinin onuncu sinfini bitirib. 1992-ci ilin oktyabrında Masallı rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. 17 aprel 1994-cü il tarixdə Qusar rayon ərazisində yerləşən 888 saylı hərbi hissədən Tərtər rayonu ərazisində yerləşən 703 saylı hərbi hissəyə köçürülüb. 1994-cü il 24 aprel tarixində Tərtər rayonu 3-cü sovxoz ərazisində donuzçuluq fermasının yanında saat 11:20 radələrində son döyüşə girib və ondan sonra heç bir xəbər olmayıb.
1999-cu ilin 22 sentyabrında Masallı rayonunu Güllütəpə ərazi nümayəndəliyində AZ 010141 saylı “ÖLÜM HAQQINDA ŞƏHADƏTNAMƏ” verilmişdir.


APREL ŞƏHİDİ BAĞIRZADƏ FİRDOVSİ ƏLİŞ OĞLU
(1 SENTYABR 1996-9 APREL 2016)
Ömürdən pay verərlər, Vətəndən pay olmayır!

Firdovsi Əliş oğlu Bağırzadə  1996 – cı il 1 sentyabr tarixində Yardımlı rayonunun Bərcan kəndində dünyaya göz açıb. 2014-cü ildə Masallı RHK-dan həqiqi hərbi xidmətə çağrılıb.
Əsgər Firdovsi Bağırzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 9-u isə Firdovsi Bağırzadə  Masallı rayonunun Güllütəpə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bağırzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Firdovsi Bağırzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Həmin ilin mayın 18-də əsgər Firdovsi Bağırzadənin xatirəsinə Masallı rayonunun Güllütəpə kəndində küçələrin birinə onun adı verildi.

II QARABAĞ MÜHARİBƏSİNİN ŞƏHİDİ
Ömürdən pay verərlər, Vətəndən pay olmayır!

2001-ci il martın 3-də Masallı rayonun Güllütəpə kəndində anadan olub. Təhsilinə Ağcəbədi rayonunda başlayıb. Sonra ibtidai təhsilini Masallı rayonunun Yeni Zuvand kəndində davam etdirib. Ümumi orta təhsilini Beyləqan rayonunun 1 saylı məktəbində başa vurub. 2019-cu ilin Aprel ayında Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin Oktyabr ayında Tərtər istiqamətində gedən döyüşlərdə Şəhadətə yetişib. 2020-ci ilin Oktyabrın 8-də Güllütəpə kənd məzarlığında uğrunda qurban getdiyi VƏTƏN torpağına əmanət olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsəddin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Ömürdən pay verərlər, Vətəndən pay olmayır!

Lətifov Rəşid Güləhməd oğlu 2000-ci il yanvarın 14-də Masallı rayonun Tatyanoba kəndində anadan olmuşdur. 2006-cı ildə Güllütəpə kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunub, 20017-ci ildə Güllütəpə kənd tam orta məktəbinin 11-ci sinfini bitirib. 2018-ci ilin yanvar ayında Masallı rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətini başa vurub. 2019-cu ilin Avqustunda 379 hərbi hissədə MAXE kimi xüsusu təyinatlılarda xidmətə başlayıb.
27 sentyabrda Vətən torpağının mənfur düşmən tapdağından təmizlənməsi üçün Kəlbəcər istiqamətində döyüşə atılmışdır. Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadətə yüksəlmişdir. 29 dekabrda Tatyanoba kənd qəbirastanlığında böyük izdiham və coşquyla canından çox sevdiyi Vətən torpağına əmanət edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Güləhməd oğlu Lətifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.112022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə əltif edilib.

Ömürdən pay verərlər, Vətəndən pay olmayır!

1958-ci ilin sentyabrın 9-da Masallı rayonunun Güllütəpə ərazisinin Əmirtürbə kəndində zəhmətkeş Ələkbər kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Adını Səfərəli qoydular.
Səfərəli hələ uşaqlıqdan zirəkliyi, çətin işlərə meyl etməsi, əməksevərliyi ilə yaşıdlarından həmişə fərqlənirdi. Texnikaya olan sonsuz məhəbbəti onu ömürlük bu sənətə bağladı. Müxtəlif texnikaların dilini öyrənərək onları özünə tabe etdirdi. Həmişə, hər yerdə rəhbərlik tərəfindən verilən ən çətin tapşırıqları seçərək can başla yerinə yetirdi. Üzündən təbəssüm də heç vaxt əskik olmazdı. İlk dəfə gördüyü insanla elə münüsibət qururdu ki, sanki neçə illərdir ki, tanışdırlar.
Səfərəli Vətəninə çox bağlı insan idi. Vətənə bu bağlılığı onu dəmir atıyla birlikdə Qazax rayonuna gətirib çıxardı. Burda dəmir atıyla övladları yaşda əsgərlərin daha yaxşı xidmət etməsi üçün təminat yollarının çəkilməsinə başladı. Ən təhlükəli və çətin sahələrdə çalışaraq şücaət göstərdi. Dəfələrlə düşmən tərəfdən atəşə məruz qalsa da bir an olsun belə geri çəkilmədi. Səfərəlinin şücaəti, qorxmazlığı, mübarizliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Belə ki, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində sərhəd-döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi “ Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Səfərəli Ələkbər oğlu Alışov 2019-cu il oktyabrın 2-də xidməti vəzifəsini yerinə yetirərkən düşmən snayperi tərəfindən vurularaq şəhid olmuş və oktyabrın 3-də Masallı rayonu Güllütəpə ərazisinin Əmirtürbə kənd qəbirəstanlığında canından çox sevdiyi Vətən torpağına əmanət edilmişdir.

Ömürdən pay verərlər, Vətəndən pay olmayır!

Ülvi Nüsrətbəyli 1999-cu il fevralın 14-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2005-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin 1-ci sinfinəqəbul olinub. . 2016-cı ildə həmin məktəbi bitirib Lənkəran Dövlət Universtetinə daxil olmuşdur.2016-2020-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi.
Ülvi Nüsrətbəyli 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Nüsrətbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Nüsrətbəyli oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. 13 oktyabrda Masallı rayonun Güllütəpə ərazisinin Yeni Zuvand kənd qəbristanlığında uğrunda qurban getdiyi Vətən torpağına böyük izdihamla əmanət olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Ömürdən pay verərlər, Vətəndən pay olmayır!

Raqib Əzizov 1991-ci il avqustun 29-da Masallı rayonunun Yolağac kəndində anadan olub. 1997-ci ildə Yolağac kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub, 2008-ci ildə Güllütəpə kənd tam orta məktəbini bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı.
Raqib Əzizov 2009-2011-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin TTM-də təhsil alan Raqib Əzizov, 2013-cü ilin aprelindən "N" saylı hərbi hissədə bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun giziri olan Raqib Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Dekabrın 8-də Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət bir neçə nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə gizir Raqib Əzizov şəhid olub. Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin üzvləri məhv edilib. Raqib Əzizov 09.12.2020-ci il tarixində Masallı rayonunun Yolağac kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqib Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqib Əzizov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqib Əzizov ​ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Ömürdən pay verərlər, Vətəndən pay olmayır!

Əlnağıyev Taleh Ağamalı oğlu 1980-ci il oktyabrın 1-də Masallı rayonunun Güllütəpə ərazisinin Yeni Zuvand kəndində ziyalı ailəsində dünyaya gəlib.
1987-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunub, 1997-ci ildə həmin məktəbi bitirib.
1988-ci ildə Masallı RHK-dan həqiqi hərbi xidmətə çağrılıb.
2000-ci il fevralında döyüş tapşırığını yerinə yetirərkən şəhadətə yüksəlib.
2000-ci il fevralın 25-də Yeni Zuvand kənd qəbirastanlığında dəfn olunub.

Zəfər günümüz mübarək!
Qarabağ Azərbaycandır!
Digər xəbərlər: