Gündəm / Cəmiyyət
Şəhid Ülvi Arif oğlu Nüsrətbəyliyə ithaf
Ülvi Nüsrətbəyli 1999-cu il fevralın 14-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub.
2005-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin 1-ci sinfinəqəbul olinub. . 2016-cı ildə həmin məktəbi bitirib Lənkəran Dövlət Universtetinə daxil olmuşdur.2016-2020-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi.
Ülvi Nüsrətbəyli 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Nüsrətbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Nüsrətbəyli oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. 13 oktyabrda Masallı rayonun Güllütəpə ərazisinin Yeni Zuvand kənd qəbristanlığında uğrunda qurban getdiyi Vətən torpağına böyük izdihamla əmanət olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Universtet bitirib getdin xidmətə,
Hünərinlə çatdın şana-şöhrətə!
Kişi kimi xitmət etdin millətə,
Kəndimizin igid oğlu , Ay ÜLVİ!
“Yüksələn bayraq bir daha enməz!”
“Şəhidlər ölməz, Vətən bölünməz!”
Haqq yolundan igid əsgər heç dönməz!
Bu amala xidmət etdin , Ay ÜLVİ!
“Qarabağ bizimdir, bizim olacaq!”
Şəhid olan nur içində yatacaq!
Bayrağımı Xankəndinə sancaq!
Arzuların çin olacaq , AY ÜLVİ!
Neçə ermənini bələdin qana,
Sən şərəf gətirdin Azərbaycana!
Oğlu şəhid olan ağbirçək ANA,
Sənə layla çalır, Ay şəhid ÜLVİ!
Sən şəhidsən qəlbimizdir yeriniz,
And yerimiz sizin şəhid qəbriniz,
Qəlbindəki tükənməyən arzunuz,
Həqiqətə çevriləcək , Ay ÜLVİ!
İlham Əsədov,
Masallı rayonu, Güllütəpə kənd
tam orta məktəbinin müəllimi.

Daha çox xəbər:

Doğum günü olan şəhidlər - FOTO

Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

Qəhrəman şəhidə məxsus materiallar Vətən müharibəsi fonduna təhvil verildi - FOTO

Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın şəhadətə ucaldığı gündür

Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir - FOTO