Gündəm / Sosial
00:20, 16 Şubat 2022
0

TƏBRİK EDİRİK

TƏBRİK EDİRİK

Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. (M.K.Atatürk)

Dahi Sokrat demişdir- “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.” Bəli, müəllimlik şərəfli peşədir və bu peşə sahiblərinin zəhməti hesabına cəmiyyəti idarə edən insanlar yetişir. Həyatın elə bir sahəsi yoxdur ki, orada müəllim əməyi, müəllim zəhməti olmasın. Həyatda nə qədər xoş sözlər varsa, hamısını müəllimə şamil etmək olar. Belə müəllimlərimizdən biri də ömrünün 42 ilini şam kimi əridərək gəns nəslin təlim tərbiyəsinə həsr etmiş Əsədov İlham Ağamalı oğludur.
Əsədov İlham Ağamalı oğlu 16 fevral 1957-ci ildə Respublikamızın dilbər guşələrindən biri olan Masallı rayonunun Güllütəpə kəndində fəhlə ailəsində dünyaya göz açmışdır.s 1964-cü ildə Güllütəpə kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1974-cü ildə oranı bitirmişdir. Sənədlərini o vaxtkı Lenin adına APİ-yə vermiş lakin müsabiqədən keçə bilməmişdir. Utandığı üçün evə gəlməmiş, komsomol putyevkası ilə Lenin adına toxuculuq kombinatında işləməyə başlamışdır. 1975-ci ildə sənədlərini o vaxtkı S. M. Kirov adəna ADU-nun filologiya fakultəsinə vermiş və qiyabi şöbəyə qəbul olunmuşdur. 1976-cı ilin mayında eksterni imtahan verib 1-ci kursdan 2-ci kursa keçmiş və 21 mayda hərbi xidmətə getmişdir. 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında Murmansk vilayətində həqiqi hərbi xidmət keçmişdir. Xidmət dövründə “ Hərbi qəzeti”n redaktoru olmuşdur.
Hərbi xidmətini başa vurduqdan sonra Bakı Şifer kombinatında fəhlə işləmişdir. Bir müddət sonra rayona qatıtmış və Səməd Vurğun adına sovxozda fəhləlik etmişdir. 1979-cu ilin 1 oktyabrından bu günə kimi Masallı rayonu Güllütəpə kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir.
1983-cü ildə ADU-nun filologiya fakultəsini uğurla bitirərək ali təhsil alır.
2016-cı ildə Masallı RTŞ-nin Fəxri fərmanını alıb ( 60 illik yubileyində )
İşlədiyi müddətdə “ Bilik” cəmiyətini üzvü və sədri olmuş, Güllütəpə kənd tam orta məktəbundə təşkilatçı müavin vəzifəsində çalışmşıdır. Rayonda nəşr olunan “Çağırış” qəzetində məqalələri çap olunmuşdur.
İ. Əsədov məktəbdə təşkil olunan bütün tədbirlərin təşkilatçısı və ssenari müəllifidir.
Qarabağ müharibəsi dövründə şəhadət yüksələn Masallı Şəhidlərinə həsr olnumuş neçə-neçə şerin müəllifidir.
Aprel Şəhidi Firdovsi Bağırzadəyə və Vətən müharibəsi Şəhidi Rəşid Lətifova həsr olunmuş ssenarilərin müəllifidir. Bu ssenarilər Şəhidlərin anım günlərində müəllifin rəhbərliyi altında şagirdlərinin ifasında tamaşaya qoyulmuş, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
İlham müəllim ərazidə böyük nüfuz və hörmət sahibidir.Onun şagirdləri cəmiyyətimizin müxtəlif sahələrində fəaliyyət göstərirlər. İlham Əsədov xöşbəxt müəllimlərdəndir ki, şagirdləri onunla birlikdə xalqın balalarına elmin sirlərini öyrədirlər.
İlham Əsədov 1992-ci il kimi tarixi bir dövrdə məhv olmaq təhlükəsi olan Güllütəpə bulağını bərpa edərək xalqın istifadəsinə vermişdir.
İlham Əsədov 1980-ci ildə ailə həyatı qurmuşdur. 5 qızı, bir oğlu var. YAP-ın üzvüdür.

Ona lazım deyil dünyanın malı,
Müəllim adıdır cahi-cəlalı.
Bir sinif otağı, yazı lövhəsi,
Bir də ağ təbaşir eyləyər bəsi.
Digər xəbərlər: