Gündəm / Cəmiyyət
Vətən-Sənsən, Vətən-Mənəm, Vətən-Biz!
Dünyada hər şeyi zövqə, imkana görə dəyişmək olar, bircə Vətəndən və anadan savayı. Onları seçmirlər. Vətən də tale töhvəsidir, ana da. Yer üzünün xalqları Vətən və Ana sözünü daima eyniləşdiriblər. Müxtəlif əqidəli millətlərin eyni cür düşünmələri təfəkkür möcüzəsidir. Bütün sevgilərimizin əvvəli də ona bağlıdır, sonu da.
Elə bu sevgi 44 günlük Vətən müharibəsində qalib gəlməyimizin səbəbidir. Ali Baş Komandandan tutmuş sıravi vətəndaşımıza qədər səfərbər olunduq. Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin Komandanlığı altında Müzəffər ordumuz 44 gün ərzində erməni vandallarından Qarabağımızı təmizlədi. Çoxlu şəhidlər verdik. Yaralılarımız var.
Bu müharibədən öncə 2016cı ilin aprel döyüşlərində qəhrəmanlıqla vuruşaraq Şəhid olmuş oğullarımız da var. Bunlardan biri 2016cı il aprel şəhidi Firdovsi Əliş oğlu Bağırzadədir. Firdovsi Əliş oğlu Bağırzadə 1996-cı il sentyabrın 1-də Yardımlı rayonunun Bərcan kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edirdi. 2016cı ilin aprel ayının 2-i Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı Tərtər rayonunun Marquşevan kəndi istiqamətində qəhrəmancasına Şəhid olmuşdur. Şəhidimiz Masallı rayonunun Güllütəpə kəndində dəfn edilib. Firdovsi Əliş oğlu Bağırzadə şəhid olduqdan sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
ŞƏHİDLƏR QÜRUR , AND YERİMİZDİR.
Allah rəhmət eləsin.
Daha çox xəbər: