Gündəm / Cəmiyyət / Hadisə
16:18, 28 Ekim 2022
0

Elçin Şıxlı: "Çingiz Abdullayev görmürdü ki, kameralar çəkir? Əsəblərini cilovlayardı

Elçin Şıxlı: "Çingiz Abdullayev görmürdü ki, kameralar çəkir? Əsəblərini cilovlayardı


Çingiz Abdullayev təcrübəli adamdır. Görürdü ki, kameralar çəkir. Gərək əsəbilərini cilovlayardı”.



Bunu Ayna.az saytının təsisçisi və redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin Şıxlı deyib. O, jurnalistin sualına əsəbiləşərək sərt reaksiya verən yazıçı Çingiz Abdullayevlə bağlı qalmaqaldan danışıb.



“Gərək Azərbaycan Yazıçılar Birliyinin bir nümayəndəsi maliyyə hesabatı verəydi. Bilinərdi ki, pullar hansı işlərə gedib. Bu isə olmadı. Olsaydı, heç belə suala və qalmqala ehtiyac qalmazdı. Jurnalistin həmin sualı verməsi onun haqqıdır. Gərək, Ç ingiz Abdullayev hövsələdən çıxmayaydı. Hər halda cavabı o cür vermək düzgün deyildi. O təcrübəli adamdır. Kamera və mikrafonları görürdü. Əsəblərini cilovlamalıydı. Jurnalist istənilən sualı verə bilər.



Bir çoxları deyir etik qayda elə gəldi, belə getdi vəs. Ola bilər hansısa jurnalistin siması xoşuna gəlməyib. O da olar. Əsas odur ki, orada heç olmasa 5 dəqiqə hesabat veriləydi ki, belə durum yaranmazdı. Təbiidir. Ömür boyu bununla rastlaşırıq. Zəng vurursan hansısa bir quruma . Deyir, “mən cavab verə bilmərəm. Mətbuat xidmətinə zəng vur”. Ora zəng vurursan, sualı bəyənmirsə deyir , “yazılı şəkildə yolla”. Bir aya cavab verir, yaxud heç vermir. Bu təəssüf ki, jurnalistikaya verilən qiymətdir. Jurnalistikan sanbalının olmamasıdır. Nəticəsi də belədir.



Mən deyə bilmərəm ki, 203 min manat çox və yaxud az idi. Gərək hesabat olsun”.



Qeyd edək ki, Xalq yazıçısı Çingi Abdullayev qurultay üçün ayırılan 203 min manatla bağlı sual verən jurnalistə "Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?", - deyə sərt reaksiya verib.
Digər xəbərlər: