Gündəm / Cəmiyyət / Təhsil
Gələn aydan 12 məktəbdə könüllü ianə layihəsi fəaliyyətə başlayacaq
Bir müddət öncə Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən valideynlərin məktəblərə könüllü ianə verməsi layihəsinin pilot şəkildə tətbiqinin planlaşdırıldığını qeyd etmişdi.Bu pilot layihə nə zaman və hansı məktəblərdə fəaliyyət göstərəcək? Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm Və Təhsil nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə qeyd edib ki, valideynlərin məktəblərə könüllü ianə verməsi ilə bağlı yaradılan yeni pilot layihə "Məktəb-Ailə icma birliyi" adlanır.
"Könüllü olaraq hansı məktəb istəsə, bu layihə fəaliyyətə başlaya bilər. Hazırda bu layihə 12 məktəbdə təklif olunub. Oktyabr-noyabr aylarında sözügedən məktəblərdə bu layihə fəaliyyətə başlayacaq. Burada əsas məqsəd məktəbə edilən ianələrin şəffaflığının və effektivliyini təmin olunmasıdır. İcma birliyinin idarəetməsi 9 nəfərdən ibarət olacaq. 4 nəfər məktəb, 5 nəfər isə ailə tərəfindən, hətta şagirdlər də buraya daxil olacaq ki, qərar vermədə məktəbin üstünlüyü deyil, ailə icma birliyinin üstünlüyü çox olsun", - deyə o əlavə edib.
Daha çox xəbər:

Nazirlik yeni formalarla bağlı məktəb direktorlarına tapşırıq verdi

Emin Əmrullayev: “Keyfiyyətli təhsil istəyirsinizsə, uşağınızı Azərbaycan məktəbində

Hamlet İsaxanlı: “Dövlət məktəbləri özəl təhsil müəssisələrindən geri qalır”

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin sayı AÇIQLANDI - RƏSMİ

Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə bahalı hədiyyə verilib