Gündəm / Siyasət / Cəmiyyət
Zəngəzur dəhlizi vacib layihədir" - Belçikalı ekspert
Aİ enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycanla işləyir.
Bu barədə Belçikadan olan “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Çevilli Azərbaycan beyin mərkəzlərinin I Forumunda deyib.
“Enerji asılılığının aradan qaldırılması və problemin həll olunması istiqamətində Aİ digər tərəfdaşlarla işləyir ki, bunlar arasında Azərbaycan da var. Avropa həmçinin, Mərkəzi Asiya regionunun potensialı ilə də maraqlanır. Lakin bu əməkdaşlıq üçün Qərblə Şərq arasında koridorun yaradılması vacibdir. Burada isə Zəngəzur dəhlizinin vacibliyi bir daha meydana çıxır”, - Vitold de Çevilli qeyd edib.
O, çıxışında azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulması, nəqliyyat layihələrinin sürətlə tikilməsini də vurğulayıb.
Daha çox xəbər:

Prezidentdən mühüm AÇIQLAMA: "Zəngəzur dəhlizi..."

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi artıq reallıqdır

Prezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"

Prezident: “Enerji təhlükəsizliyi milli təhlükəsizlikdir”