Gündəm / Siyasət / Cəmiyyət
Rusiyalı deputat: “Azərbaycan Qarabağda tarixi ədalətin bərpası səhifəsini çevirib
Azərbaycanın iki il əvvəl vərəqlədiyi səhifə tarixi ədalətin bərpası, qanla suvarılan səhifə idi”.
Globalpress.az ın məlumatına görə, bunu Dövlət Dumasının deputatı Oleq Şein deyib.
Deputat müasir dövrün verdiyi dərslərdən danışıb: “Müasirlik dərsləri sülhün əhəmiyyətindən danışır ki, qonşularınla mehribansansa, onlara dəyər verirsənsə, onlarla harmoniyadasansa, deməli, düzgün mövqe tutursan. Ona görə ki, qarşıdurma onun öz ölkəsinin ziyanına olan strateji nəticəyə gətirib çıxarır və düşünürəm ki, Zaqafqaziya tarixi bunu aydın şəkildə təsdiqləyir”, - o vurğulayıb.
Şein Qarabağın Ermənistan tərəfindən dağıdılmış ərazilərinin Azərbaycan tərəfindən bərpasını yüksək qiymətləndirib: "Mən səfirin dəvəti ilə Qarabağda olmuşam və dağıntıları görmüşəm. Azərbaycanın bu gün gördüyü böyük işləri və infrastrukturun, yollar bərpa olunmasını, insanların tezliklə öz evlərinə qayıda bilmələri inanılmaz tempi yüksək qiymətləndirə bildim”.
Daha çox xəbər:

Azərbaycan və İran Xudafərin körpüsünü birgə bərpa edə bilər

Deputat: “Prezidentin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb edir”

Prezident: “Tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik”

Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi Azərbaycan qazının Avropaya ixracında yeni səhifə açdı

Ərdoğan: “Qarabağda 30 illik bir geçikmə ilə də olsa, ədalət öz yerini tapdı”