Gündəm / Cəmiyyət
Əhməd İsmayılov jurnalist Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirdi
“Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir”.
Globalpress.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDIA) rəhbəri Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aytən Məmmədova ilə əlaqə saxlanılıb: “Bu gün Agentliyə dəvət olunub. Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür”
Daha çox xəbər:

MEDİA: Aytən Məmmədova ilə bağlı məsələ diqqətdə saxlanılır

DİN: "Jurnalist Aytən Məmmədovaya hücum araşdırılır"

Medianın İnkişafı Agentliyindən jurnalistlərə əməkhaqqı ilə bağlı MÜJDƏ

"Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır"

İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təlim keçirildi