Gündəm / Cəmiyyət
MEDİA: Aytən Məmmədova ilə bağlı məsələ diqqətdə saxlanılır
Mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub.
Medianın İnkişafı Agentliyindən (MEDİA) verilən məlumata görə, telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir
Daha çox xəbər:

Əhməd İsmayılov jurnalist Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirdi

"Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır"

Medianın İnkişafı Agentliyindən jurnalistlərə əməkhaqqı ilə bağlı MÜJDƏ

DİN: "Jurnalist Aytən Məmmədovaya hücum araşdırılır"

İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təlim keçirildi