Gündəm / Siyasət / Dünya
“Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq” — Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun bağlanış mərasimində ölkəsinin Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə dair açıqlama verib.
O, Türkiyənin mövqeyinin əvvəlcədən də prinsipial və aydın olduğunu, ölkəsinin Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağını bəyan edib.
Çavuşoğlu Antalyada keçirilən Rusiya-Türkiyə-Ukrayna zirvəsini ölkəsinə göstərilən etimadın göstəricisi adlandırıb.
“Biz ilk andan diplomatiyaya üstünlük verən bir davranış nümayiş etdirmişik. Hazırda liderləri bir araya gətirmək üçün səy göstəririk”, - deyə XİN rəhbəri qeyd edib.
Türkiyəli nazir Ukraynanın Mariupol şəhərindəki Sultan Süleyman Qanuni məscidində qalan Türkiyə vətəndaşlarının təxliyəsi üçün işlərin davam etdiyini açıqlayıb.
“Məscidə bomba atıldığı xəbəri doğru deyil. Məscidə heç bir ziyan dəyməyib. Məscidə sığınan Türkiyə vətəndaşları ilə əlaqə saxlayırıq. Lavrovdan təxliyyə üçün dəstək istədik” – deyə Çavuşoğlu vurğulayıb.
Daha çox xəbər:

"Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etmək fikrində deyil" - Çavuşoğlu

Mövlud Çavuşoğlu: “Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan!” - FOTO

Rusiya və Ukrayna Antalyada görüşə razılaşdı – XİN başçıları görüşdə Çavuşoğlunun da iştirakını istədilər

Çavuşoğlu: “İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq”

Antalyada Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.