Gündəm
Çavuşoğlu: “İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq”

“Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri yaxın vaxtlarda görüş keçirə bilər”.
Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Münasibətlərin normallaşdırılması prosesinin başlanması üçün xüsusi nümayəndələr təyin etdik. Yaxın vaxtlarda onlar danışıqlar aparacaqlar”, - deyə türkiyəli nazir bildirib.
O, həmçinin qeyd edib ki, İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq.
“Şirkətlər müraciətlər göndəriblər. Biz onları nəzərdən keçiririk. Onlardan bəziləri yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları qəbul edərkən Azərbaycanla müzakirələri davam etdiririk”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
Mənbə: TASS
Daha çox xəbər:

İrəvan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək

Rusiya XİN: “Delimitasiya prosesi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına imkan verəcək”

Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri görüşəcək

Mövlud Çavuşoğlu: “Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan!” - FOTO

REGİON 8 İyun , 2022 12:54 Çavuşoğlu və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib