Gündəm / Cəmiyyət
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi və təxliyənin təşkili” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən çoxmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “çoxmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.



Daha çox xəbər:

FHN-in Sumqayıt Regional Mərkəzi praktiki təlim keçirib

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

FHN-in Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim təşkil edib

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şirvan şəhərində yanğın-taktiki təlim keçirib (video, foto)