Gündəm / Cəmiyyət
15:30, 07 Nisan 2025
0

Əhaliyə xəbərdarlıq olunur

Əhaliyə xəbərdarlıq olunur


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Digər xəbərlər: