Gündəm / Cəmiyyət
FHN-in Sumqayıt Regional Mərkəzi praktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Dağıntılar altında qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda praktiki təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağıntı zamanı zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti dağıntı zamanı “xəsarət almış zərərçəkmiş” xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Daha çox xəbər:

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim təşkil edib

“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib (video, foto)

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib